ELM VƏ TƏHSİL


Bakının daha üç rayonunda bölmə iclasları təşkil olunub

Bakı,13 sentyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, fənlər üzrə metodbirləşmə sədrləri, psixoloqlar və uşaq birliyi rəhbərləri üçün bölmə iclasları davam edir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxt üzrə növbəti bölmə iclasları sentyabrın 13-də Xətai, Suraxanı və Sabunçu rayonlarında keçirilib.

Təhsil İdarəsinin struktur bölmə rəhbərləri və əməkdaşlarının qatıldıqları iclaslarda Təlimə Dəstək Mərkəzinin işçiləri moderatorluq ediblər.

Bölmə iclaslarının təşkilinin əsas məqsədi Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin 2016-2017-ci tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdır.

İclaslarda ötən tədris ilində görülən və yeni dərs ilində nəzərdə tutulan işlərə, 2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə təhsil nazirinin əmri ilə bağlı “Fəaliyyət planı”na uyğun tədbirlərin görülməsinə, tədris plan və proqramlarının yerinə yetirilməsinin təmin olunmasına, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılmasına, pedaqoji işçilərin fəaliyyətinin qiymətləndirilməsinə, məktəblilər arasında olimpiadaların keçirilməsi və xüsusi istedada malik şagirdlərin bilik yarışlarına cəlb olunmasına toxunulub.

Tədbirlərdə qeyd edilən məsələlərlə bağlı çıxışlar olub, müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

Qeyd edək ki, paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan bölmə iclasları ötən gün Nizami, Nərimanov, Səbail, Yasamal və Qaradağda təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.