İQTİSADİYYAT
Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal artıb
Bakı, 1 noyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadla xəbər verir ki, paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 rüb ərzində 431,7 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artım müşahidə olunub. Hesabat dövründə sənaye məhsulunun 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal edilib.
Doqquz ayda su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz azalaraq 170,3 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.