İQTİSADİYYAT


Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal artıb

Bakı, 30 noyabr, AZƏRTAC

Cari ilin yanvar-oktyabr aylarında Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda on ayda 473,1 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artım müşahidə olunub. Hesabat dövründə sənaye məhsulunun 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal edilib.

Hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin eyni ayları ilə müqayisədə 0,2 faiz artaraq 191,1 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.