İQTİSADİYYAT


Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal azalıb

Bakı, 6 mart, AZƏRTAC

Paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi azalıb.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda yanvarda 55,8 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. Əvvəlki ilin eyni ayı ilə müqayisədə istehsalın həcmi 8,3 faiz azalıb. Ay ərzində sənaye məhsulunun 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal edilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə istehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin yanvar ayı ilə müqayisədə 8,5 faiz artaraq 9,4 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,6 faizi bu sektorda istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.