İDMAN


Bakının ən güclü güləşçiləri müəyyənləşib

Bakı, 8 noyabr, AZƏRTAC 

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən sərbəst və yunan-Roma güləşi üzrə paytaxt çempionatı keçirilib.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, yarışda 200-dən artıq pəhləvan qüvvəsini sınayıb.

Müxtəlif çəki dərəcələri üzrə fəxri kürsünün ən yüksək pilləsinə sərbəst güləşçilər arasında Tofiq Əliyev (57 kq), Mahir Əmiraslanov (61 kq), Orxan Nəsirov (65 kq), Vurğun Əliyev (70 kq), Fərid Nəsibov (74 kq), Fərman Həsənov (79 kq), Elçin Məmmədov (86 kq), Cavid Sadıqov (92 kq), Xəyal Xanmuradov (97 kq) və Aydın Əhmədov (125 kq) qalxıblar.

Yunan-Roma güləşi üzrə isə qızıl medallarla Zaur Əliyev (55 kq), Fərdi Hümbətov (60 kq), Sakit Quliyev (63 kq), Kamran Mirzəliyev (67 kq), Elcan Məmmədov (72 kq), Cavid Miralayev (77 kq), Tuncay Vəzirzadə (82 kq), Aslan Məmmədov (87 kq), Arif Niftullayev (97 kq) və Sərxan Məmmədov (130 kq) təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.