İQTİSADİYYAT


Bakının ictimai iaşə dövriyyəsi 8,9 faiz artıb

Bakı, 28 fevral, AZƏRTAC

2020-ci ilin yanvar ayında paytaxtın ictimai iaşə dövriyyəsi 2019-cu ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,9 faiz artaraq 72,5 milyon manat olub.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 44,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 40,4 milyon manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.