ELM VƏ TƏHSİL
Bakının iki rayonu üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək
Bakı, 22 may, AZƏRTAC
Mayın 25-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
Bakıdakı Texniki-Humanitar Liseydə (ünvan: 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 3) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]