SİYASƏT


Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Türk şəhidliyində anım mərasimi keçirilib VİDEO

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Bakı Türk şəhidliyində anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi ilə qazanılmış zəfərin bugünkü müstəqil Azərbaycana yol açmaqla bərabər, eyni zamanda, Azərbaycan və Türkiyə üzərində qurulması planlaşdırılan oyunların sonunu gətirdiyini bildirib. O deyib ki, Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlıyıq. Hər zaman olduğu kimi, bundan sonra da “bir millət, iki dövlət şüarı” ilə irəliləyərək gələcəyimizi birlikdə qurmaq istiqamətində davam edəcəyik. “Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümündə Nuru Paşanın, hər bir əsgərin, Azərbaycan Ordusunun hər bir qulluqçusunun xatirəsini hörmətlə anırıq”, - deyə səfir əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.