SİYASƏT


Bakının işğaldan azad olunması münasibətilə hərbçilərin Pirəkəşküldən Qobustan rayonuna yürüşü başlayıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində hərbi yürüş başlayıb.

AZƏRTAC xəbər verir ki, hərbi qulluqçular orkestrin müşayiəti ilə Qobustan rayonundakı Acıdərə məzarlığına yürüş edirlər. Yürüşdə 100 hərbçi iştirak edir.

Yürüşün yekununda Acıdərə məzarlığı ziyarət ediləcək, naməlum türk əsgərinin abidəsi üzərinə su səpiləcək, şəhidlərin ruhuna dualar oxunacaq.

Tədbirdə ictimaiyyətin nümayəndələri, rəsmi şəxslər də iştirak edirlər.

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu şiddətli döyüşlərdən sonra Bakı şəhərini daşnak-bolşevik hərbi birləşmələrindən azad edib. Xalqımız Azərbaycanı daşnak-bolşevik təcavüzündən xilas edən türk şəhidlərinin xatirəsini daim ehtiramla anır. Bu ehtiramın ən böyük nümunəsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.