İQTİSADİYYAT


Bakının kimya sənayesində məhsul buraxılışı 80 faiz artıb

Bakı, 2 avqust, AZƏRTAC

Altı ayda paytaxtın kimya sənayesində məhsul buraxılışı artıb.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, yarım ildə paytaxtın kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 184,8 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 80 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 18,8 faiz artıb, əczaçılıq məhsullarının istehsalında isə 9,0 faiz azalma müşahidə edilib.

Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 59,6 faiz, oksigen istehsalı 31,1 faiz azalıb, lak boya məmulatlarının istehsalı isə 2,1 dəfə artıb.

Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 57,7 faiz azalıb, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı 6,4 faiz, polietilen kisə və çantaların istehsalı 3,2 dəfə çoxalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.