İQTİSADİYYAT


Bakının kimya sənayesində məhsul buraxılışı azalıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında Bakının kimya sənayesində məhsul buraxılışı 24 faiz azalıb.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadla xəbər verir ki, səkkiz ayda paytaxtın kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 177 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 24 faiz azalıb, əczaçılıq məhsullarının istehsalında 37,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 11,9 faiz artıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 71,6 faiz, oksigen istehsalı 61 faiz çoxalıb.

Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1 dəfə, polietilen kisə və çantaların istehsalı 0,4 faiz artıb. Liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı isə 74,9 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.