İQTİSADİYYAT
Bakının mərkəzi küçə və prospektlərində qoruyucu tumbaların quraşdırılmasına başlanılıb
Bakı, 6 iyun, AZƏRTAC
Bakı şəhərinin mərkəzi küçə və prospektlərində piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən qoruyucu tumbaların quraşdırılmasına başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, birinci mərhələdə 10 min ədəd qoruyucu tumbaların quraşdırılması planlaşdırılır.
Qoruyucu tumbalar, avtonəqliyyat vasitələrinin qəza zamanı səkilərə çıxmalarının qarşısını almaqla və səkilərdə park etmələrini əngəlləməklə piyadaların təhlükəsiz, rahat və fasiləsiz hərəkəti üçün imkan yaradacaq.
Tikinti-quraşdırma işlərinə iyunun 1-dən başlanılıb və nümunə üçün Bülbül prospektində 50 ədəd tumba quraşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]