İQTİSADİYYAT
Bakının ticarət dövriyyəsi 6,4 milyard manat olub
Bakı, 22 may, AZƏRTAC
Yanvar-aprel aylarında Bakının ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 6 milyard 400,4 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz artaraq 3 milyard 314,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 14 faiz azalaraq 3 milyard 85,9 milyon manata bərabər olub. İstehlak məhsullarının 31,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]
EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib
- 19.04.2024 [16:26]