İQTİSADİYYAT
Bakının yollarında 340 pandus quraşdırılıb
Bakı, 5 mart, Elvin Camalov, AZƏRTAC
Bakının yollarında 340 pandus quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, şəhər yollarında pandusların tikinti-quraşdırma işləri uğurla davam edir. Artıq 340 pandusun tikinti-quraşdırma işləri yekunlaşıb.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi yol infrastrukturunu əlilliyi olan şəxslərin rahat hərəkəti üçün əlverişli etmək məqsədilə başladığı layihə çərçivəsində geniş maarifləndirmə işlərinə də start verib. Məqsəd hərəkət iştirakçılarına mühüm sosial əhəmiyyət kəsb edən layihə barədə ətraflı məlumat vermək, eyni zamanda, panduslardan düzgün istifadə edilməsi ilə bağlı maarifləndirmə işini təşkil etməkdir.
Yol infrastrukturunun əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulub.