DÜNYA


Bakir İzetbeqoviç Avropa İttifaqının üçtərəfli görüşə dəvətini qəbul etməyib

Sarayevo, 29 iyun, AZƏRTAC

Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin Brüsseldə serb və xorvat partiyaların rəhbərləri ilə planlaşdırılan üçtərəfli görüşdə iştirakla bağlı dəvətini qəbul etməyib.

AZƏRTAC xəbər verir ki, B.İzetbeqoviç Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli sədri Milorad Dodik və Bosniya və Herseqovinanın “Xorvatiya Demokratik İttifaqı” Partiyasının sədri Draqan Çoviçin iştirakı ilə keçirilməsi nəzərdə tutulan görüşün formatının qəbuledilməz olduğunu deyib. O, belə bir görüş formatının Bosniya və Herseqovinanın qurumlarına və konstitusiya quruluşuna hörmət nümunəsi olmadığını bildirib.

Qeyd edək ki, D.Çoviç iyulun 6-da Brüsseldə keçirilməsi planlaşdırılan görüşdə iştiraka razılıq verib, M.Dodik isə qərarını açıqlamayıb.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.