DÜNYA


Bakir İzetbeqoviç Bosniya və Herseqovina Rəyasət Heyətinə seçkilərdə namizəd olacağını açıqlayıb

Sarayevo, 3 iyul, AZƏRTAC

Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç oktyabrda Rəyasət Heyətinə keçiriləcək seçkilərdə yenidən namizəd olacaq.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin bosniyalı sədri B.İzetbeqoviç partiyanın tələbi əsasında seçkilərdə Rəyasət Heyətinə üzvlüyünə namizəd olacağını deyib.

“İndiyədək partiyanın məndən tələb etdiyini hər zaman qəbul etmişəm. Yenidən bu tələbi qəbul etməyi və Bosniya və Herseqovina Rəyasət Heyətinə üzv olmaq üçün var gücümlə mübarizə aparmağı planlaşdırıram”, - deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 2-də Bosniya və Herseqovina Rəyasət Heyətinə, parlament, Serb Respublikası Xalq Məclisi, Brçko Regional Məclisi və kanton məclislərinə seçkilər keçiriləcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.