İQTİSADİYYAT


Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq

Bakı, 8 oktyabr, AZƏRTAC

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabrın 8-də axşam saat 23:00-dan oktyabrın 9-u saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qurum vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə əvvəlcədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.