İQTİSADİYYAT
Bakıxanov qəsəbəsində 12 nümunəvi həyət salınıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin R.Qəmbərov, Sülh və M.F.Axundov küçələrində 16 binanın məhəllədaxili ərazilərində 12 nümunəvi həyət salınıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin əvvəlindən rayon ərazisində geniş quruculuq və abadlıq işləri davam etdirilir.
Belə ki, qəsəbənin mərkəzi hissəsindəki Y.Əliyev, M.Fətəliyev, S.Mehmandarov, Sülh küçələrində çoxmərtəbəli yaşayış binalarının fasadları müasir tələblərə cavab verən ağlay daşlarla üzlənib, işıqlandırma sistemləri qurulub. Həmin binaların ətrafında abadlıq, yaşıllaşdırma və yenidənqurma işləri aparılıb.
Bu binalardan 47-də işlər artıq başa çatdırılıb, 3 binada isə üzləmə işləri davam edir.