İQTİSADİYYAT


Bakıya yeni gətirilən avtobusların hərəkət edəcəyi marşrut xətti məlum olub

Bakı, 8 noyabr, Elvin Camalov, AZƏRTAC

Bakıya yeni gətirilən avtobusların hərəkət edəcəyi marşrut xətti məlum olub.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar Trans” MMC-yə həvalə edilib.

Noyabr ayının 10-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar Trans” MMC tərəfindən yeni alınan avtobuslarla xidmət göstəriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.