İQTİSADİYYAT


“Baktelecom” “İçərişəhər” qoruğunda optik şəbəkə qurub

Bakı, 2 dekabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda optik şəbəkənin quraşdırılmasını yekunlaşdırıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Evədək optika” layihəsi çərçivəsində “Baktelecom”un “Azeurotel” telekommunikasiya operatoru tərəfindən qoruqda 15 kilometr uzunluğunda fiber-optik xətlərin çəkilməsi təmin edilib.

“İçərişəhər” qoruğunda mövcud 1500-dək mənzilin sakinləri üçün bir optik xətt üzərindən telefon və multimedia xidmətlərinin göstərilməsinə imkan yaradılıb. “Evədək optika” layihəsi tətbiq edilən digər ərazilərdə olduğu kimi, burada da xidməti dəstəkləyən internet avadanlıqlar istifadəçilərə ödənişsiz təqdim olunub.

Görülən işlər ən müasir internet bağlantısı olan GPON (Gigabit Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır. Bu texnologiya sabit sürətə zəmanət verir, eyni zamanda bir sıra xidmətləri bir xətdə birləşdirməyə imkan yaradır.

Qeyd edək ki, hazırda paytaxt və ətraf ərazilərdə “Baktelecom” tərəfindən köhnə və yeni tikililərlə yanaşı, fərdi evlərdən ibarət yaşayış massivlərində də optik şəbəkənin qurulması işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.