İQTİSADİYYAT


“Baktelecom”: Qısa zamanda “Azeurotel”in telekommunikasiya xidmətləri bərpa ediləcək

“Baktelecom”: Qısa zamanda “Azeurotel”in telekommunikasiya xidmətləri bərpa ediləcək

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 9-u axşam saatlarında “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) tabeliyində fəaliyyət göstərən “Azeurotel” telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı EATS-larındakı avadanlıqların (Elektron Avtomat Telefon Stansiyası) işində fasilə yaranıb. Nəticədə 2000 abunəçiyə rabitə xidmətlərinin ötürülməsində çətinlik meydana gəlib.

Bu barədə AZƏRTAC-a “Baktelecom”dan bildirilib.

“Hazırda növbətçi heyət yaranmış çətinliyin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir. Qısa zamanda telekommunikasiya xidmətləri tam olaraq bərpa ediləcək. Abunəçilərə bu müddət ərzində rabitə xidmətlərində yaranmış fasilələri anlayışla qarşıladıqlarına görə təşəkkür edirik. Gələcəkdə belə halların baş verməməsi və əhalinin dayanıqlı xidmətlərlə təminatı üçün tədbirlərimizi gücləndirəcəyik”, - deyə məlumatda qeyd olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.