İQTİSADİYYAT


“Baktelecom” optik şəbəkəyə keçidin əhatə dairəsini genişləndirir

Bakı, 14 iyun, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “Evədək optika” layihəsi çərçivəsində mənzillərin optik şəbəkəyə keçirilməsi prosesini uğurla davam etdirir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hazırda paytaxt üzrə əhalinin sıx məskunlaşdığı Yasamal və Xətai rayonlarında 40 min mənzildə müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənib. Eyni zamanda, Qaradağ və Suraxanı rayonlarında mənzillərin optik şəbəkəyə keçirilməsi və sakinlərin keyfiyyətli multimedia xidmətləri ilə təmin olunması prosesi davam etdirilir. “Baktelecom” əhalinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan layihənin əhatə dairəsini mərhələli şəkildə genişləndirir. Yaxın zamanda paytaxtın Nizami rayonundakı köhnə və yeni tikililərdə də genişzolaqlı şəbəkəyə keçid təmin olunacaq.

Rekonstruksiya işləri fiber-optik xətlər üzərindən saniyədə 100 meqabitə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır.

Qeyd edilib ki, “Evədək optika” layihəsi müasir tipli yaşayış kompleksləri ilə yanaşı, mövcud 9 mərtəbəli binaları da əhatə edir. Görülən işlər çərçivəsində istifadəçilər internet avadanlıqları ilə ödənişsiz olaraq təmin olunurlar. Onlar üçün bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadəyə imkan yaradılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.