İQTİSADİYYAT
“BakuBuild Azerbaijan” sərgisində Polşa vahid ölkə stendi ilə iştirak edəcək
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 23-26-da Bakı Ekspo Mərkəzində keçiriləcək “BakuBuild Azerbaijan” tikinti sərgisində Polşa vahid ölkə stendi ilə iştirak edəcək.
Polşanın Azərbaycandakı Ticarət Nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Polşa Respublikasının tikinti sektorunu bu ölkənin inşaat şirkətləri və Polşanın İnvestisiya və Ticarət Agentliyi (PITA) təqdim edəcək. Fəaliyyətinin əsas məqsədi Polşa şirkətlərinin xarici bazarlara çıxışının təmin edilməsi, Polşa sərmayələrinə dəstəyin göstərilməsi və xarici investisiyaların Polşaya cəlb edilməsi olan PITA tərəfindən altıncı dəfə nümayiş etdiriləcək məlumat-təbliğat xarakterli vahid ölkə stendi daha öncə Kiyev, Moskva, İstanbul, Almatı və Minsk şəhərlərində təşkil olunub.
“BakuBuild Azerbaijan” sərgisində Polşanın aparıcı “Art-Metal”, “Comensal”, ”Klinsgpor”, “Kubala”, “Olan” və “USTM” şirkətləri öz məhsullarını nümayiş etdirəcəklər.