İQTİSADİYYAT


“BakuBus” MMC mətbuat günü münasibətilə jurnalistləri mükafatlandırıb

Bakı, 20 iyul, Ramiz Quliyev, AZƏRTAC

İyulun 20-də “BakuBus” MMC-də mətbuat günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, KİV nümayəndələrini qarşıdan gələn mətbuat günü münasibətilə təbrik edən şirkətin direktor müavini Azər Qasımov ölkəmizdə mətbuata dövlət qayğısından və jurnalistlərin sosial rifahı üçün yaradılan şəraitdən söz açıb.

A.Qasımov bildirib ki, 2014-cü ildə yaradılan “BakuBus” MMC-də əsas məqsəd paytaxtda sərnişindaşıma sahəsində keyfiyyətin artırılmasıdır. Hazırda 13 marşrut xətti üzrə fəaliyyət göstərən “BakuBus”da Fransa istehsalı olan rahat avtobuslardan istifadə olunur.

Direktor müavini sərnişindaşımada qarşıya çıxan problemlərdən, nöqsan və çatışmazlıqlardan da danışıb.

Qeyd olunub ki, MMC əməkdaşlarının apardığı araşdırmalar və sərnişinlərin haqlı şikayətləri nəticəsində 2017-ci ildə 154 sürücü işdə yol verdiyi xətalara görə tutduğu vəzifədən azad olunub. Bu ilin 6 ayında isə həmin səbəblərdən 85 sürücü işdən çıxarılıb.

Onun sözlərinə görə, sərnişindaşımada baş verən nöqsanların üzə çıxarılmasında mətbuatın da maarifləndirici rolu əvəzedilməzdir. Bu baxımdan KİV-lərdə də bu cür aktual məsələlərə toxunulur və nöqsanlar diqqətə çatdırılır.

Tədbirin sonunda jurnalistlər mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.