İDMAN
“Baku-2017”: Türkiyə millisi su polosu yarışının çempionu olub
Bakı, 17 may, P.İmanova, N.Həsənzadə, AZƏRTAC
Mayın 17-də IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışının finalında Türkiyə və İran milli komandaları üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş 9:9 hesablı heç-heçə ilə nəticələnib. Qalib müəyyənləşmədiyi üçün hər iki komandanın oyunlarda qazandıqları xallar hesablanıb. Toplanan xallar əsasında Türkiyə millisi İslamiadanın su polosu yarışının qalibi elan olunub.
Beləliklə, Türkiyə komandası “Baku-2017” IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışının qızıl medalını qazanıb.
Hazırda Azərbaycan və Səudiyyə Ərəbistanı yığma komandaları üçüncü yer uğrunda mübarizə aparırlar.