İDMAN
“Baku Cup 2014”də komanda yarışında daha bir oyun başa çatıb
Bakı, 23 iyul (AZƏRTAC). “Baku Cup 2014”də komanda yarışında daha bir oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, Nigina Abduraimova (Özbəkistan) və Alyona Fominanın (Ukrayna) komandası yaponiyalı Misa Equçi və avstriyalı Patrisiya Mayr-Axlaytner ilə qarşılaşıb. Fərdi yarışlarda da görüş keçirən və qalib gələn M.Equçinin yorğunluğu açıq-aydın hiss olunub. İlk seti N.Abduraimova və A.Fomina 6:2 öndə bitiriblər. İkinci setdə sonadək mübarizə aparan M.Equçi və Patrisiya Mayr-Axlaytner çətinliklə də olsa qalib gələrək (6:4) hesabı bərabərləşdiriblər - 1:1.
Üçüncü setdə üstünlüyü ələ alan N.Abduraimova - A.Fomina cütlüyü setdən 10:5 hesablı qələbə ilə ayrılaraq dörddəbir finala yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]