İDMAN


“Baku Fire” Azərbaycan kuboku yarışlarının qalibi olan 11-ci komandadır

“Baku Fire” Azərbaycan kuboku yarışlarının qalibi olan 11-ci komandadır

Bakı, 26 may, AZƏRTAC    

Futzal üzrə Azərbaycan kuboku yarışlarında 2022/2023-cü il mövsümünə yekun vurulub. Qalib adı uğrunda Yüksək Liqanın gümüş və bürünc medalçıları - “Neftçi” və “Baku Fire” (0:5) komandaları qarşılaşıb. Ümumilikdə indiyə qədər 10 komanda yarışın qalibi olmuşdusa, bu rəqəm 11-ə çatıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 5 dəfə bu mükafata sahib olub. Digər kubok sahiblərindən EKOL 4, “Avtomobilçi”, “Azərneftyanacaq” və “Gömrükçü” hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor”, “Turan AİR”, “Fənər” və “Marafon Futsal” və “Baku Fire” kuboku qazanıb.

Ölkə kubokunun 2019-2020-ci il mövsümü koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020-2021-ci il mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.