İDMAN


“Baku Fire” futzal komandası Birinci Liqanın qalibi olub

Bakı, 11 may, AZƏRTAC

Futzal üzrə Birinci Liqada XXIX turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun ilk oyununda lider “Baku Fire” “Ulduz”la qarşılaşıb. Bu oyunda qazanılan qələbə ilə “Baku Fire” sona 1 tur qalmış çempionluğu bayram edib.

Fasiləyədək 4 cavabsız top vuran lider ikinci hissədə də üstünlüyünü davam etdirib. Yekunda 9:1 hesabı ilə qalib gələn “Baku Fire” Birinci Liqanın zirvəsini təmin etmiş olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.