İQTİSADİYYAT


“Baku Open Cyber Cup” kiber idman turniri keçiriləcək

Bakı, 14 may, Pərvanə Rəhimova, AZƏRTAC

İyunun 1-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən “Baku Open Cyber Cup” kiber idman turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “İnnovasiya Festivalı”na həsr olunmuş mətbuat konfransında Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov deyib.

Nazirlik nümayəndəsi bildirib ki, turnirdə “playstation” platformasında 2 oyun növü üzrə yarışlar təşkil olunacaq: “Turnirdə 15 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Hər bir oyun üzrə seçilmiş 32 iştirakçı iyunun 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək turnirdə gücünü sınayacaq. Olimpiya sistemi üzrə keçiriləcək oyunun qalibləri pul mükafatı ilə təltif ediləcəklər”, - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.