İDMAN


“Baku Open” beynəlxalq şahmat turnirinin beşinci turuna yekun vurulub

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də “Baku Open” beynəlxalq şahmat turnirinin beşinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, beş turdan sonra maksimum xal qazanan Eltac Səfərli turnir cədvəlinin lideridir. Sonrakı yerlərdə aktivlərində 4,5 xal olan beş idmançı qərarlaşıb. Onlardan ikisi Qədir Hüseynov və Rəvan Əliyevdir.

Noyabrın 24-də start verilən və İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycan ilə yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan 156 şahmatçı mübarizə aparır. Turnirin iştirakçılarından 16-sı qrossmeysterdir.

Turnirə dekabrın 2-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.