İDMAN


“Baku Open” beynəlxalq turnirində 10-dan artıq ölkədən karateçilər iştirak edəcəklər

Bakı, 13 mart, AZƏRTAC

Martın 14-dən 17-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Baku Open” beynəlxalq karate turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sayca 10-cu olan bu turnir Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr olunacaq. Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçiriləcək turnirdə 10-dan artıq ölkədən karateçilər iştirak edəcəklər.

Fərdi kata və kumite üzrə yarışın birinci günündə böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatami üzərinə çıxacaqlar. Martın 16-da 14-15 yaşlı yeniyetmələr, bir gün sonra isə 6-13 yaşadək uşaqlar qarşılaşacaqlar.

Yubiley turnirinin təntənəli açılış mərasimi martın 15-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.