İDMAN
“Baku Open” şahmat turnirində yeddi turdan sonra dörd nəfər ilk dördlükdə qərarlaşıb
Bakı, 1 dekabr, AZƏRTAC
“Baku Open” beynəlxalq şahmat turnirinin 7-ci turundan sonra dörd nəfər liderlik edir.
AZƏRTAC xəbər verir ki, yeddi turdan sonra 7 mümkün xaldan 6 xal toplayan Azərbaycan şahmatçıları Qədir Hüseynov, Eltac Səfərli, eləcə də Ukrayna təmsilçisi Eldar Həsənov və Rusiya idmançısı Jamsaran Tsıdıpov ilk dördlükdə qərarlaşıblar.
Noyabrın 24-də start götürən və İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycan ilə yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan 156 şahmatçı mübarizə aparır. İştirakçılardan 16-sı qrossmeysterdir.
Turnirə dekabrın 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]