İDMAN
“Baku United” klubu UEFA futzal kuboku turnirində Avropanın güclü klublarını məğlub edib
“Baku United” turnirin ilkin mərhələsində “B” qrupunda Bosniya və Herseqovinanın “Sarayevo”, İsveçin “Malmö siti” və Qibraltarın “Qibraltar skorpionz” klubları ilə mübarizə aparır.
Oyunlar Sarayevo şəhərində keçirilir.
Avqustun 27-də keçirilmiş ilk oyunda bakılıların rəqibi Qibraltar təmsilçisi olub. Oyun “Baku United”in tam üstünlüyü şəraitində keçib və komandamız Qibraltar təmsilçisinə heç bir şans verməyərək rəqibini 10:0 hesabı ilə məğlub edib.
İkinci oyunda isə “Baku United” İsveç çempionu “Malmö siti” klubu ilə görüşüb. Bu oyunda da komandamız 10:0 hesabı ilə inamlı qələbə qazanıb.
“Baku United”in heyətində qolları rəqib qapısından Tobe (3), Aqon (2), Marcelo, Xose Karlos, Keni, Karlos Munyoz və Poulinyo keçiriblər.
Hazırda “B” qrupuna iki oyundan altı xal toplamış “Baku United” başçılıq edir. İkinci yeri tutan Bosniya və Herseqovinanın
çempionu “Sarayevo”nın da altı xalı var. Beləliklə, qrupdan əsas mərhələyə çıxmaq üçün yeganə vəsiqə uğrunda mübarizənin qalibi avqustun 30-da keçiriləcək “Sarayevo” – “Baku United” qarşılaşmasında müəyyənləşəcək. Top fərqini nəzərə alaraq “Baku United”i bu oyunda heç-heçə də qane edəcək.
Mütəxəssislər hesab edirlər ki, bu görüş ilkin mərhələnin ən maraqlı və gərgin oyunu kimi yadda qalacaq.