Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Bakutel-2018” bir sıra yeniliklərlə yadda qaldı

Bakı, 7 dekabr, Elvin Camalov, AZƏRTAC

Bakı Ekspo Mərkəzində keçirilən XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi-konfransı “Bakutel-2018” başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Bakutel-2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilib. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti, baş sponsoru qismində müntəzəm iştirakçısı olan “Azercell Telecom” çıxış edib.

Bu il sərginin fəxri qonaqları arasında Rusiya, Türkiyə, Belarus, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran, Özbəkistan, Latviya, Bolqarıstanın İKT sahəsi üzrə nazirləri və yüksək rütbəli nümayəndələri yer alıb.

Dekabrın 4-dən 7-dək keçirilən sərgidə 20 ölkədən 230 şirkət qatılıb və sərgidə şirkətlər öz maraqlı, diqqəti cəlb edən stendləri ilə yadda qalıb. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribüterləri və gənc ixtiraçılar olub. Həmçinin sərgi çərçivəsində bir sıra yeniliklər nümayiş olunub, konfranslar, tədbirlər keçirilib.

Sərginin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Bakutel” sərgisinin fəaliyyəti, sərginin İKT sahəsinə verdiyi töhfələr və yaratdığı imkanlardan bəhs edib.

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kirill Oparin və Caspian Event Organisers” şirkətinin direktoru Edvard Stron sərginin işinə uğurlar arzu edib.

Dekabrın 4-də Bakı Ekspo Mərkəzinə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva “Bakutel-2018” sərgisi ilə tanış olublar.

Sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edib. Pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunub. Həmçinin kompleksin ikinci zalındakı ayrıca stenddə e-ticarət (“e-commerce”) müəssisələri fəaliyyət göstərib.

Sərginin keçirildiyi günlərdə Azərbaycanda poçt rabitəsinin 200 illik yubileyinə həsr olunmuş muzey fəaliyyət göstərib. Burada poçt tarixinə aid eksponatlar, məktublar, teleqramlar, rabitə qurğuları, komutator telefonları, “Morze” əlifbası, sahənin dövrlər üzrə rəsmi sənədləri, poçt və rabitə işçisinin geyim formaları, istifadə etdiyi əşyalar, bağlama, məktub, kiçik paketlər və banderol nümunələri nümayiş olunub. Eyni zamanda, II Dünya müharibəsi illərinə aid poçt göndərişləri, əsgər məktubları, poçt qutuları, ötən əsrin 70-80-ci illərinə təsadüf edən poçt nümunələri sərgilənib. Həmçinin ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə poçt sahəsinin inkişafını xarakterizə edən xüsusi güşə fəaliyyət göstərib. “Azərpoçt” MMC-nin stendində sərginin bütün iştirakçıları üçün hədiyyəli lotereya keçirilib.

Tədbirin ikinci iş günü eksponentlərin iştirakı ilə keçiriləcək axşam ziyafəti çərçivəsində Azərbaycanın informasiya və telekommunikasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara “AWITA 2018” “Azerbaijan - The Women in IT Award” mükafatının təqdimetmə mərasimi olub.

Bu il təşkilatçılar sərgi çərçivəsində ilk dəfə olaraq yeni müzakirə platforması “Bakutel Tech Talks” proqramını da təşkil edib. “Bakutel Tech Talks” tədbiri bir sıra faydalı məlumatlar və qeyri-adi məzmunu ilə auditoriyanın diqqətini cəlb edib. “Bizimkilər” adlı sessiya keçirilib. Sessiyanın adını şərtləndirən amil məşhur olan xarici IT şirkətlərində çalışan həmvətənlərimizin spikerlər qismində çıxış etməsidir. “Bizimkilər” sessiyasının məqsədi tədbirə toplaşan auditoriyanı nəhəng beynəlxalq IT şirkətlərinin təcrübəsi, eləcə də sənaye yenilikləri və istehsal sirləri ilə tanış etmək olub.

“Bakutel Tech Talks” proqramı “Baxış bucağınızı bizimlə IT-iləyin” şüarı altında panel müzakirələri, sonra isə öz işini “Startapdan böyük biznesə” sessiyası ilə davam etdirib. Startap və gənc iş adamlarının dəvət olunduğu bu sessiyada təcrübəli məruzəçilər dinləyiciləri istənilən ideyanı reallaşdırmağın mümkün olduğuna əmin etməyə çalışıb. Beləliklə, “Tech Talks” proqramında sənayenin ən aktual məsələlərinə toxunulub və tədbir ideya rəhbərləri ilə müzakirələr üçün müasir təmayüllü platformaya çevrilib. Bundan sonra hər il sərgi çərçivəsində “Tech Talks” proqramının keçirilməsi planlaşdırılır.

Bu il “Bakutel-2018” sərgisində təqdim olunan yeniliklərdən biri də alman alimlərinin ixtirası olan ultramodern texnologiyası əsaslı “RoboKeeper”dir. “RoboKeeper” - dünyanın ən sürətli qapıçısı hesab edilir.

Sərgidə iştirak edən bir sıra qurumlar – Bakı Beynəlxalq Avtovağzalı Kompleksi, Azərbaycan Dövlət Reklam Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərpoçt” MMC və digər qurumlar bir sıra yenilikləri təqdim edib, öz stendləri ilə ziyarətçilərin maraqlarına səbəb olub.

Ənənəvi olaraq hər il keçirilən “Bakutel” sərgisinin media tərəfdaşı olan AZƏRTAC da sərgidə öz stendi ilə təmsil olunub. AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması sahəsində texniki imkanları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

“Bakutel-2018” sərgisinin ziyarətçiləri sırasında Bakı şəhərində yerləşən 2 və 3 saylı uşaq evlərinin sakinləri də yer alıb. 60-dan çox oğlan və qız sərgidə təmsil olunan pavilyon və stendləri ziyarət edib.

Qeyd edək ki, sərgi çərçivəsində bir sıra sənədlər imzalanıb və konfranslar keçirilib. Belə ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və sərginin təşkilatçıları olan “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu, “Azərpoçt” MMC ilə “Rusiya Poçtu” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Bu il sərginin işgüzar proqramı da yenilənərək daha dolğun olub. Proqramın açılışı Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 54-cü toplantısı ilə baş tutub. Bunun ardınca Azərbaycan, İran, Rusiya və Türkiyənin İKT nazirlərinin dördtərəfli görüşü keçirilib. Həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin İKT nazirlərinin yüksək səviyyəli görüşü olub. Daha sonra estafeti “Davamlı inkişaf üçün rəqəmsal əməkdaşlıq” mövzusuna həsr olunmuş Birinci Xəzər İnnovasiya Konfransı qəbul edib. Belarus-Azərbaycan 4-cü İKT Forumu da sərgi çərçivəsində baş tutub.

Qeyd edək ki, Xəzər İnnovasiya Konfransı “Bakutel-2018” sərgisi çərçivəsində ilk dəfə keçirilib. Konfransın keçirilməsinin təşəbbüskarı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Tədbir “Genişzolaqlı rabitə”, “Süni intellekt”, “Əşyaların İnterneti”, “Elektron xidmətlər”, “İKT yönlü startaplar və innovativ sahibkarlıq”, “Dördüncü sənaye inqilabı”, “Elm tutumlu istehsal” və “Kiberhazırlıq” kimi mövzuları əhatə edib. Birinci Xəzər İnnovasiya Konfransı hökumət nümayəndələri, sənaye liderləri, tənzimləyici struktur və beynəlxalq təşkilatların rəsmi təmsilçilərini, o cümlədən nəhəng regional telekommunikasiya və peyk operatorlarının rəhbərlərini bir araya gətirib. Gələcəkdə bu konfransın beynəlxalq “Bakutel” sərgisi çərçivəsində hər il keçirilməsi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək