İQTİSADİYYAT


“Bakutel” sərgisi 25 illik yubileyini qeyd edəcək

Bakı, 13 mart, AZƏRTAC

Bu il dekabrın 3-dən 6-dək Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və səbirsizliklə gözlənilən sərgilərindən biri - Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək texnologiyalar (Bakutel 2019) sərgisi öz 25 illik yubileyini təntənəli şəkildə qeyd edəcək.

“Caspian Event Organisers” şirkətindən AZƏRTAC-a bildiriblər ki, bu əlamətdar hadisə ilə əlaqədar “Bakutel” sərgisi tədbirin həm innovativliyini, həm də dinamikliyini əks etdirən yeni korporativ imic ilə ziyarətçilərə təqdim olunacaq. Bu il sərgi qonaqlarını daha geniş ekspozisiya sahəsi ilə yanaşı, daha çox sayda milli stend və informasiya texnologiyaları sahəsinin texnoloji yenilikləri, eləcə də ən son nailiyyətlərinin təqdimatı gözləyir. Həmçinin təşkilatçılar xüsusi işgüzar və əyləncə proqramı, o cümlədən bir sıra əlavə tədbirlər hazırlayırlar.

Sərgi çərçivəsində dekabrın 4-də II beynəlxalq müzakirə platforması – “Bakutel Tech Talks” tədbiri keçiriləcək. Bu unikal platforma aktual sənaye məsələlərini gündəmə gətirəcək, sifarişçilər ilə layihəçilər arasında konstruktiv dialoq qurmağa kömək edəcək və sənaye peşəkarlarının diqqətinə innovativ məzmun təqdim edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.