CƏMİYYƏT


Bal beyin fəaliyyətini gücləndirir, diş ətini möhkəmləndirir

Bakı, 23 sentyabr, AZƏRTAC

Orqanik tərkibli qidalardan müntəzəm istifadə etmək sağlamlığa çox müsbət təsir göstərir, çünki onun tərkibi mikroelementlər və vitaminlərlə zəngindir.

AZƏRTAC xəbər verir ki, xeyirli qidalardan olan baldan fəsil dəyişikliyi zamanı istifadə etmək daha faydalıdır. Tərkibində böyük miqdarda fruktoza və qlükoza olduğuna görə beynin fəaliyyətini gücləndirir və əmək qabiliyyətini artırır. Balda olan kalium elementi sayəsində bakteriyalar məhv olur. Aclıq hissinin yaranmasının qarşısını aldığı üçün pəhriz reseptlərində ondan istifadə edilir. Südlə qarışdırılıb içiləndə rahat yuxunu təmin edir və bu, insanın beyin-damar sisteminin normal funksiya daşımasına kömək edir. Bal qəbul etmək diş əti və diş minasını möhkəmləndirir.

Diabet xəstəliyindən əziyyət çəkənlərin bal qəbul etməsi məsləhət görülmür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.