İQTİSADİYYAT


Bal yarmarkasında 120 ton məhsul satışa çıxarılıb VİDEO

Bakı, 1 oktyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə bal yarmarkası keçirilib. Yarmarkada 120 ton məhsul satışa çıxarılıb. Bunun 100 tonu süzmə bal, 20 tonu isə şan şəklində olan məhsullardır. İlk dəfədir ki, arıçılıq təsərrüfatları olan bütün rayonlardan məhsul satışa çıxarılıb. Yarmarkada satılan arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb. Yarmarkada ölkənin bütün bölgələrindən arıçılar iştirak edir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov AZƏRTAC-a bildirib ki, alıcılar rahatlıqla yarmarkadan bal ala bilərlər. Çünki yarmarkaya çıxarılan bütün bal məhsulları laboratoriyadan keçirilib. Yarmarkada Azərbaycanın bütün iqtisadi zonalarından və ilk dəfə olaraq Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasından fermerlər öz məhsullarını satışa çıxarıblar.

Satıcılar balın satışından və onlara yaradılan şəraitdən razı qaldıqlarını ifadə ediblər. Alıcılar isə balın keyfiyyətindən və qiymətindən razı olduqlarını söyləyiblər.

Qeyd edək ki, yarmarka oktyabrın 20-dək fəaliyyət göstərəcək. Alıcılar hər gün saat 09:00-dan 19:00-dək keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.