MƏDƏNİYYƏT


Balaca ifaçı beynəlxalq müsabiqənin laureatı olub

Bakı, 27 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin violino ixtisası üzrə şagirdi Elmira Dadaşova dəfələrlə beynəlxalq və respublika miqyaslı müsabiqələrdə uğurla çıxış edərək laureat adını qazanıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, gənc ifaçı 2021-ci ilin ilk qələbə sevincini isə yanvar ayında Artima Beynəlxalq Mədəniyyət Assosiasiyası tərəfindən Parisdə keçirilən “Nouvelles Etoiles” beynəlxalq müsabiqəsində yaşından yuxarı qrupun proqramı ilə çıxış edərək qazanıb. Elmira bu çətin yarışmada 2-ci yerə layiq görülərək laureat adını alıb.

Müsabiqə proqramını Paris Ali Konservatoriyası və M.Qlinka adına Novosibirsk Dövlət Konservatoriyasının professor heyətinin təmsil olunduğu münsiflər heyəti qiymətləndirib. Münsiflər balaca violinoçunun ifasının texniki kamilliyi, artistizmi və bədii-emosional ifadəliliyinin yaxşı səviyyədə olmasını vurğulayıblar. Münsiflər ifaçının hazırlanmasında nümayiş etdirdiyi peşəkarlığa görə Elmiranın müəllimi, Əməkdar müəllim İlhamə Ağayevanı diplomla mükafatlandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.