MƏDƏNİYYƏT


“Balaca” qısametrajlı bədii filmi beynəlxalq festivala dəvət alıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Balaca” qısametrajlı bədii filmi Türkiyədə keçiriləcək 8-ci Malatya Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə dəvət alıb.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, filmin ssenari müəllifi Ruslan Ağazadə, rejissorları Ruslan Ağazadə və Orxan Ağazadə, icraçı prodüseri Orxan Əliyev, bədii rəhbəri Elçin Musaoğlu, prodüseri Müşfiq Hətəmovdur.

Rolları Qüdrət Əsəd, Nərmin Həbibova, Elman Şeydayev, Səyyad Əliyev və başqaları canlandırıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.