MƏDƏNİYYƏT
Balacalara “Şuşanın sehrli açarları” hekayəsi haqqında məlumat verilib
Bakı, 14 yanvar, AZƏRTAC
Yanvarın 13-də Respublika Uşaq Kitabxanasında yazıçı Solmaz Amanova ilə Y.Kovalyov adına 229 nömrəli orta məktəbin 3-cü sinif şagirdləri arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə məktəblilər kitabxana ilə tanış olub.
Görüş çərçivəsində Solmaz Amanova yaradıcılığı, İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları”, “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kitabları haqqında məlumat verib. Yazar Azərbaycan xalqının zəngin mədəni irsini əks etdirən “İnsan iz qoyur” kitabından danışaraq məktəblilərin suallarını cavablandırıb.
Sonda balacalar S.Amanovanın sözlərinə və musiqisinə bəstələnmiş mahnı ifa ediblər.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd uşaqlara mütaliə və oxu vərdişini aşılamaqdır.