REGİONLAR


Balakən Uşaq İncəsənət Məktəbinin 50 illik yubileyi qeyd olunub

Balakən, 23 may, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayon Uşaq İncəsənət Məktəbinin fəaliyyətə başlamasından 50 il ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 23-də Balakən Rayon Mədəniyyət Mərkəzində yubiley mərasimi keçirilib.

Rayon ictimaiyyəti nümayəndələrinin, mədəniyyət işçiləri və musiqisevərlərin iştirak etdiyi tədbirdə məktəbin direktoru Arifə Tağıyeva çıxış edərək, ölkəmizdə mədəniyyət və incəsənətin, uşaq yaradıcılığının inkişafına göstərilən diqqət və qayğıdan danışıb, bu illər ərzində məktəbin qazandığı uğurlardan söhbət açıb. Bildirilib ki, 1966-cı ildə tar və kamança ixtisasları üzrə uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayan incəsənət məktəbində hazırda 11 ixtisasda üç yüzdən çox şagird təhsil alır. Məktəb ötən müddət ərzində uşaq və yeniyetmələrin musiqi, xanəndəlik, xoreoqrafiya və rəssamlıq sənətinin ilkin sirlərinə yiyələnməsində, onların estetik zövqünün formalaşmasında, gənc istedadların üzə çıxarılmasında əhəmiyyətli işlər görüb, nailiyyətlər qazanıb.

Yubiley münasibətilə məktəbin bir qrup işçisi fəxri fərmanla mükafatlandırılıb.

Sonra Balakən Uşaq İncəsənət Məktəbinin şagirdləri, həmçinin Şəki musiqi məktəbinin kollektivi tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.