REGİONLAR


Balakən kümçüləri barama tədarükünə görə nəzərdə tutulan planı respublikada ikinci yerinə yetiriblər

Balakən, 14 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 13 tondan çox artırılaraq, 43 tona çatdırılması planlaşdırılırdı. Balakənli kümçülər barama tədarükünə görə nəzərdə tutulan planı respublikada ikinci olaraq yerinə yetiriblər. İstehsalçılar indiyədək qəbul məntəqəsinə 43,7 ton yaş barama təhvil veriblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildiriblər ki, cari mövsümdə barama yetişdirmək üçün 315 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 1075 qutu və ya 20 kiloqram 425 qram ipəkqurdu paylanılıb. Qazma kəndindən Rəşad Əzizov builki mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 776 kiloqram yaş barama təhvil verib. Mahamalar kəndindən Aypara Dadayeva 617 kiloqram, Meşəşambul kəndindən Məhəmməd Cirinqov isə 475 kiloqram yaş barama istehsal ediblər.

Rayonda barama tədarükü davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.