REGİONLAR


Balakən müəllimləri peşə bayramlarını yüksək əhvali-ruhiyyə ilə qeyd ediblər

Balakən, 5 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən müəllimləri öz peşə bayramlarını – Beynəlxalq Müəllimlər Gününü yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər. Bu da təsadüfi deyil. Onların yetirmələri ötən tədris ilində bir çox nailiyyətlər əldə edib, respublika və beynəlxalq səviyyəli müsabiqələrdə, olimpiadalarda uğur qazanıblar. Balakən məktəbliləri ali məktəblərə qəbul imtahanlarında da fərqlənib, 326 nəfər tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 9 nəfəri 600 baldan yuxarı, 34 nəfər isə 500-600 bal arasında nəticə göstərib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Beynəlxalq Müəllimlər Günü münasibətilə oktyabrın 5-də Balakən Rayon Təhsil Şöbəsində keçirilən tədbirdə məlumat verilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, müəllimləri peşə bayramları münasibətilə təbrik edib, onlara yeni tədris ilində daha böyük uğurlar arzulayıb.

Rayon Təhsil Şöbəsinin müdiri Elçin Musayev çıxışında ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından, ötən tədris ilində qazanılan uğurlardan bəhs edib. Bildirilib ki, hazırda rayonun ümumtəhsil məktəblərində 13 mindən çox şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 1473 müəllim məşğul olur. Son illər müəllimlərdən 7 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 13 müəllim “Tərəqqi” medalı ilə təltif olunub.

Tədbirin sonunda bir qrup qabaqcıl müəllimə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin fəxri fərmanları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.