CƏMİYYƏT
Balakən rayonunda itkin düşmüş şəxsin cəsədi meşəlik ərazidə tapılıb
Bakı, 15 avqust, AZƏRTAC
Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları başa çatıb. S.Ramazanovun cəsədi meşəlik ərazidə aşkar olunub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, axtarış tədbirlərinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və müvafiq texnikası, Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb edilib.
Axtarışlar Süleyman Ramazanovun itkin düşdüyü ehtimal olunan ərazidəki su hövzəsində, çayətrafı və ora yaxın ərazilərdə həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]