CƏMİYYƏT


Balakən rayonunda kultivasiya yolu ilə yetişdirilən çətənə kolu və marixuana aşkarlanaraq götürülüb

Bakı, 26 iyun, AZƏRTAC

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Katek kəndi ərazisində Şəki rayon sakini, əvvəllər dəfələrlə (7 dəfə) məhkum olunmuş N.Həsənov tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, N.Həsənov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 460 çətənə kolu və 92,4 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.