REGİONLAR


Balakən rayonunun təsərrüfatlarında tütün əkininə start verilib

Balakən, 15 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb. Gərəkli kəndinin fermerləri mövsümün ilk günündə 2 hektar sahədə “İmmuniy” növ tütün əkiblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, cari təsərrüfat ilində Balakən rayonunda 363 hektarda “Virciniya”, 8 hektarda “Berley”, 79 hektarda “İmmuniy” növü olmaqla, ümumilikdə, 450 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 643 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 2 dəfədən çox və ya 325,6 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.