REGİONLAR


Balakəndə 19 hektarda yeni meyvə bağları salınıb

Balakən, 6 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun meyvə bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 2521 ton məhsul tədarük olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 194 ton çoxdur. Yığılan meyvələr arasında alma, armud, ərik, albalı, şaftalı, alça, gilas və giləmeyvələr üstünlük təşkil edir. Fındıq yığımına isə avqustda başlanılacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 13 min 237 hektardır. Bu bağların 10 min 544,1 hektarını fındıq bağları təşkil edir. Cari ilin ötən dövründə rayon ərazisində 19 hektarda yeni meyvə bağları salınıb. Yeni salınan bağların 18 hektarına şaftalı, 1 hektarına isə gavalı ağacları əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.