REGİONLAR


Balakəndə 25 uşaq bağçası qapılarını yenidən körpə fidanların üzünə açıb

Balakən, 15 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar fevralın 15-də Balakən rayonunda da uşaq bağçaları yenidən qapılarını körpə fidanların üzünə açıb. Uşaq bağçalarının fəaliyyətinin davam etdirilməsi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli qərarına uyğun olaraq həyata keçirilir.

Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda 1370 yerlik 25 uşaq bağçası var. Uşaq bağçalarının fəaliyyətinin ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğunu nəzərə alaraq rayon icra hakimiyyəti tərəfindən zəruri hazırlıq işləri həyata keçirilib. Fəaliyyətə başlamaları ilə əlaqədar bütün uşaq bağçalarında dezinfeksiya işləri aparılıb, bina və həyətlərdə geniş təmizlik, tibbi-profilaktik işlər görülüb. Uşaq bağçalarının tərbiyəçiləri və texniki işçiləri hazırkı şəraitdə işləmək qaydaları barədə təlimatlandırılıb. Bütün uşaq bağçaları tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib.

Uşaq bağçalarının girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyətinin və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər mütəmadi olaraq valideynlərlə əlaqə saxlayacaq. Həftə sonu bütün uşaq bağçalarında təkrar dezinfeksiya işləri aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.