REGİONLAR


Balakəndə 611 hektarda yazlıq bitkilər əkilib

Balakən, 3 mart, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkininə başlanılıb. Qısa müddətdə 611 hektar sahədə yazlıq əkin aparılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 hektar çoxdur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, məhsul istehsalçıları indiyədək 249 hektar sahədə kartof və 221 hektarda tərəvəz bitkiləri əkib, 141 hektar sahəyə çoxillik yonca səpiblər.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.