REGİONLAR


Balakəndə “Azərbaycan ədəbiyyatının Nizami zirvəsi” adlı tədbir keçirilib

Balakən, 20 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Balakən rayon Heydər Əliyev Mərkəzi, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami filialı və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirilən “Azərbaycan ədəbiyyatının Nizami zirvəsi” mövzusunda videokonfransda səsləndirilib.

Tədbiri Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva açaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin klassik ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu bildirib. Mərkəzin direktoru Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə qeyd edildiyini, ümummilli lider Heydər Əliyevin Azərbaycanın klassik ədəbi irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşdığını, həmçinin Nizami irsinə də xüsusi diqqət yetirdiyini vurğulayıb.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova və Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova çıxışlarında Ulu Öndərin Nizami yaradıcılığına verdiyi yüksək dəyərdən, dahi şairin yaradıcılığının dünyada təbliği məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıblar.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşı Türkan Əliyeva, Neftçala, Xaçmaz, Yevlax, Yardımlı Heydər Əliyev mərkəzlərinin direktorları və başqaları çıxış edərək, Nizami Gəncəvinin həyat və yaradıcılığından, dahi şairin yaratdığı qadın obrazlarından, Şərq İslam sivilizasiyasının formalaşmasındakı əvəzsiz rolundan ətraflı danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.